ABŞ-da ehtiyatların azalması nefti bahalaşdırıb
3 İyun 2016 09:08 DünyaNyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,03 dollar artaraq 49,20 dollar təşkil edib. "APA-Economics" xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,01 dollar artaraq 50,05 dollar olub.
Qeyd edək ki, neftin bahalaşmasına səbəb ABŞ-da kommersiya ehtiyatlarının azalmasıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00