Türkiyədə ağır qəza: 24 yaralı

Türkiyənin Çankırı vilayətində avtobusun iştirakı ilə ağır yol qəzası baş verib. Trend-in Sabah qəzetinə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində 24 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağırdır. Bütün yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00