ABŞ-a asteroid düşüb

ABŞ-ın Arizona ştatına kiçik asteroid düşüb. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir. Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur. Hadisə şahidlərinin sözlərinə görə, yerli vaxtla 04:00-da atmosferə diametri təxminən 3 metr olan kiçik bir obyekt daxil olub. Onu sonuncu dəfə Tonto Milli parkının üstündə 35 kilometr hündürlükdə görüblər. Ondan sonra asteroid gözdən itib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00