ABŞ-da hərbi maşının çaya düşməsi nəticəsində 3 hərbçi ölüb, 6-sı itkin düşüb

ABŞ-ın Texas ştatında hərbi maşın çaya düşüb, nəticədə 3 hərbçi ölüb, 6-sı itkin düşüb. APA-nın "Assoşieyted Press"ə istinadən verdiyi xəbərə görə,  insident "Oul Krik" hərbi poliqonunun yaxınlığında baş verib. Maşın körpüdən keçərkən çaya düşüb.  Üç hərbçini xilas etmək mümkün olub. Axtarış-xilasetmə əməliyyatı davam etdirilir.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00