Erməni tərəfi cəbhədə növbəti itki verib
3 İyun 2016 08:42 DünyaCəbhə xəttində erməni tərəfi növbəti itki verib. Ermənistan saytlarının verdiyi məlumata görə, ötən gün baş vermiş insident nəticəsində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində xidmət edən erməni əsgəri Xoren Arutyunyan ölüb. Ermənistanın İstintaq Komitəsi Xoren Arutyunyanın xidməti silahdan istifadə qaydalarını pozması nəticəsində aldığı güllə yarasından öldüyünü iddia edir. Faktla bağlı cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00