Türkiyə XİN: Almaniyanın qərarı utandırıcıdır
2 İyun 2016 18:50 DünyaAlmaniya Bundestaqının 1915-ci il hadisələrinin qondarma "erməni soyqırımı" kimi tanınması haqqında qətnaməni qəbul etməsi utandırıcıdır. Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bəyanatda bildirilir ki, antitürk qətnaməsinin qəbul edilməsi əsassızdır: "Almaniya 1915-ci il hadisələri barədə həqiqəti bilmək istəyirsə, həmin hadisələri öyrənmək üçün birgə komissiya yaratmağa çağırmalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00