"Bundestaqın "soyqırım" qərarı tarixi səhvdir" - Baş nazirin müavini

Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş Almaniya Bundestaqında "erməni soyqırımı" ilə bağlı qətnamənin qəbul edilməsinə münasibət bildirib. Azvision.az bildirir ki, qərarın Türkiyə üçün heç bir əhəmiyyət kəsb etmədiyini deyən N.Kurtulmuş bu barədə "Twitter"də yazıb: "Almaniya parlamentinin "təhrif edilmiş və əsassız" bir sıra iddiaları "soyqırım" olaraq qəbul etməsi tarixi bir səhvdir. Parlamentin bu qərarı Almaniya və Türkiyə arasındakı dostluq əlaqələrinə yaraşmır. Türkiyə üçün bu qərar heç bir əhəmiyyət kəsb etmir. Bu məsələ siyasətçilərin və ya parlamentarilərin işi deyil, elm adamları və tarixçilərin nəticəyə gətirəcəyi bir məsələdir".

Qeyd edək ki, bu gün Almaniya Federal Məclisində 1915-ci il hadisələrini "soyqırım" kimi göstərən qanun layihəsi bir rədd, bir bitərəf səslə qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00