Moskva şirkətlərinə "türk cəzası"
2 İyun 2016 16:24 DünyaRusiyanın paytaxtı Moskvada məhkəmənin qərarı ilə bir sıra turizm şirkətləri cəzalandırılıb. Mosİnfo bildirir ki, Türkiyə kurortlarına turlar satan bu şirkətlərin internet saytları qapadılacaq. Cəza 23 turoperatora şamil olunub.
Rusiyanın Dövlət İstehlak Nəzarəti Xidməti ("Rospoterbandzor") bir qədər əvvəl 700 turizm şirkətində qəfil yoxlamalar apararaq Türkiyəyə turların satılıb-satılmadığını araşdırmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00