AKP: Ankara-Berlin münasibətləri xeyli pisləşəcək

Almaniya Bundestaqının 1915-ci il hadisələrinin qondarma "erməni soyqırımı" kimi tanınması haqqında qətnaməni qəbul etməsi Ankara və Berlin arasında əlaqələrin xeyli pisləşməsinə xidmət edəcək. Bunu Trend-ə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi Yasin Aktay deyib. Onun sözlərinə görə, Bundestaqın bu qərarı Almaniyada daxili vəziyyətə də mənfi təsir göstərəcək: "Bundestaqın antitürk qətnaməsini qəbul etməsi Almaniyanın Türkiyənin maraqlarına məhəl qoymaması anlamına gəlir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00