Türkiyə Almaniyadakı səfirini geri çağırıb
2 İyun 2016 16:12 DünyaTürkiyə Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlunu məsləhətləşmələr üçün geri çağırıb. APA-nın NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım açıqlayıb. O, Almaniya parlamentinin uydurma "erməni soyqırımı"nı tanımasının qəbuledilməz olduğunu bildirib: "Türkiyə bu qərarı əsla qəbul etmir. Yanlış qərardır. Bizim keçmişimiz bəllidir". Hökumət sözçüsü Numan Kurtulmuş Türkiyənin bu qərarı yox saydığını söyləyib. Xarici işlər naziri Mövlud Çavuşoğlu isə Almaniyanı ittiham edib: "Öz tarixindəki qaranlıq səhifələri qapatmağın yolu məsuliyyətsiz və əsassız qərarlarla başqa ölkələrin tarixini qaralamaq deyil".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00