Rusiyalılar ABŞ, Ukrayna və Türkiyəni əsas düşmən hesab edir
2 İyun 2016 14:19 DünyaRusiyalıların düşmən hesab etdikləri ölkələrin adları açıqlanıb. APA-nın məlumatına görə, "Levada" mərkəzinin əhali arasında apardığı sorğuda respondentlər ABŞ, Ukrayna və Türkiyəni düşməni hesab etdiklərini bildiriblər. Sorğu iştirakçılarının 72 faizi hesab edir ki, Rusiyanın ən böyük düşməni ABŞ-dır. Respondentlərin 48 faizi Ukraynanı, 29 faiz isə Türkiyəni düşmən göstərib.
Qeyd edək ki, ötən il keçirilən sorğu zamanı respondentlərin 37 faizi Ukraynanı, 1 faizi Türkiyəni düşmən hesab etdiyini açıqlamışdı. Onu da əlavə edək ki, sorğu iştirakçılarının 40 faizi Belarusu, 39 faizi Qazaxıstanı, 34 faizi isə Çini dost ölkə hesab edir. Respondentlərin 10 faizi Suriyanı Rusiyanın dostu adlandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00