Coli və Pitt yeni villa aldılar

Hollivud ulduzları Bred Pitt və Ancelina Coli İspaniyanın Malyorka adasında lüks villa alıblar. Andrayç bələdiyyəsinin ərazisində yerləşən villa üçün Pitt və Coli 3,8 milyon dollar ödəyiblər.  Diario de Mallorca  bildirir ki, rieltor Alessandro Proto deyib: "Kanar adalarında yeni filminin çəkilişləri zamanı Bred Pitt Balear adalarına vurulmuşdu. Buna görə də o, bizə müraciət edərək Malyorkada villa tapılmasını istədi". Bred Pitt və Ancelina Colinin satın aldıqları villanın ümumi sahəsi 900 m2-dir. Villada 8 yataq otağı, hovuz və böyük bağ var. Pitt-Coli cütlüyünün Fransa və ABŞ-da da çoxsaylı daşınmaz əmlakları var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00