Rusiya çempionu Mahaçqalada güllələnib VIDEO

İdmançı atışma zamanı tapança yarası alıb

Tayboks üzrə Rusiya çempionu, MMA döyüşçüsü Şahbulat Şamxalayev Dağıstan Respublikasının paytaxtı Mahaçqalada ağır yaralanıb. "RİA Dagestan"nın verdiyi məlumata görə, idmançı atışma zamanı tapança yarası alıb.

Xəstəxanaya yerləşdirilən Şamxalayevin vəziyyəti ağır qiymətləndirilir. Həkimlər onun böyrəklərindən birini çıxarmalı olublar. Bununla belə, takboksçunun vəziyyəti sabit qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00