Türkiyədə növbəti terror aktı törədilib: 12 hərbçi yaralanıb
Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir
1 İyun 2016 19:00 DünyaTürkiyənin cənub-şərqindəki Mardin vilayətinin Nusaybin şəhərində terror aktı törədilib. Türkiyə KİV-inin verdiyi məlumata görə, PKK terrorçularının bir binaya yerləşdirdiyi əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində 12 hərbçi yaralanıb. Məlumata görə, Türkiyə əsgərləri dağıntıların altından hərbçi yoldaşlarının yardımı ilə çıxarılaraq rayon xəstəxanasına qaldırıblar. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00