"Seks xoşbəxt ailənin açarı deyil"
1 İyun 2016 19:55 DünyaMəşhur meksikalı aktrisa Salma Hayek "Red" jurnalına müsahibə verib. Qafqazinfo bildirir ki, 49 yaşlı aktrisa müsahibəsində maraqlı fikirlər səsləndirib. S.Hayek sevərək ailə həyatı qurğudunu bildirib: "Sevib ailə həyatı qurmuşam. Ailə qurmaq mənim ən böyük uğurumdur. Ərim haradadırsa, mən də oradayam. Seks xoşbəxt ailənin açarı deyil. Ancaq ailə münasibətlərinə təsir edir. Əgər hər gün bu işlə məşğul olursansa, maraq itir. Romantika ailəni ayaq üstdə tutan yeganə şeydir". Xatırladaq ki, Hayek 54 yaşlı iş adamı Fransua-Henri Pinault ilə 2009-cu ildə ailə həyatı qurub. Cütlüyün 8 yaşlı qızı var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00