"Nişanlım mənə dayə ilə xəyanət etdi"
1 İyun 2016 18:46 DünyaMəşhur aktrisa Sienna Miller "Porter" jurnalına müsahibə verib. Qafqazinfo bildirir ki, 34 yaşlı aktrisa qalmaqallı şəkildə ayrıldığı eks-nişanlısı Jude Law barədə etiraflar edib. Kino ulduzu keçmiş sevgilisini hələ də sevdiyini bildirib: "Bir-birimizi əvvəlki kimi görmürük. Ona həddindən artıq dəyər verirəm. Judenin həyatımda rolu böyükdür, ürəyimdə xüsusi yeri var. 2005-ci ildə nişanlanmışdıq, ancaq birinci həyat yoldaşımdan dünyaya gələn övladımın dayəsini sevdi, mənə xəyanət etdi. 2006-cı ildə yollarımızı ayırdıq. Bir-birimizə çox yaraşırdıq, ayrılığımız pərəstişkarlarımızı kədərləndirdi. Law etdiyi xəyanətə görə məndən üzr istədi, artıq gec idi. 2009-cu ildə yenidən sınamaq istədik. Amma bu sınaq da uğursuzluqla nəticələndi və ayrıldıq". Təxminən 1 il əvvəl son nişanlısı Tom Sturridge-dən də ayrılan Miller artıq heç kəslə münasibət qurmaq istəmir: "Etiraf edim ki, bütün sevgimi qızıma ötürürəm. Yenidən ana olmaq istəyirəm, qızım da qardaşının olmağını istəyir. Amma bu barədə qəti qərar verməliyəm".