​İraqda mayda 468 dinc sakin öldürülüb, 1 041 nəfər isə yaralanıb

Ümumilikdə mayda terror aktları nəticəsində 267 nəfərin öldüyü, 740 nəfərin isə yaralandığı bildirilib

"Cari ilin mayında İraqda törədilən terror aktları, zorakılıq və silahlı münaqişə nəticəsində 867 nəfər ölüb, 1 459 nəfər isə yaralanıb". TASS xəbər verir ki, bu, BMT-nin İraqa yardım misssiyasının hesabatında bildirilib. Hesabata əsasən, ölənlərin 468-i, yaralıların isə 1041-i dinc sakindir. Ümumilikdə mayda terror aktları nəticəsində 267 nəfərin öldüyü, 740 nəfərin isə yaralandığı qeyd olunub.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00