Səudiyyə Ərəbistanında 14 nəfər barəsində edam hökmü çıxarılıb

Bu ilin əvvəlindən indiyədək krallıqda 95 nəfər edam olunub. Səudiyyə Ərəbistanı məhkəməsi krallığın 14 vətəndaşı barəsində edam hökmü çıxarıb. İsrail KİV-i xəbər verir ki, onlar terrorçuluqda ittiham olunublar. Xəbərə əsasən, bu ilin əvvəlindən indiyədək Səudiyyə Ərəbistanında 95 nəfər edam olunub. Sonuncu dəfə polis zabitini güllələmiş Nigeriya vətəndaşı edam edilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00