Kaladze: "Gürcüstan transsərhəd enerji ticarətinə töhfə verir"
1 İyun 2016 15:01 Dünya"Gürcüstan hökuməti bütün istiqamətlərdə, o cümlədən enerji sektorunda regional əməkdaşlığa olduqca böyük əhəmiyyət verir". Bu barədə Gürcüstanın baş nazirinin I müavini, energetika naziri Kaxa Kaladze deyib. Onun sözlərinə görə, transsərhəd enerji ticarətinə töhfə vermək məqsədilə Gürcüstanı qonşu ölkələrlə birləşdirən enerji infrastrukturu reabilitasiya olunur. "Mən xüsusilə Türkiyə ilə Gürcüstanın enerji sistemlərini birləşdirən layihəni qeyd etmək istərdim. Nəticədə biz Türkiyənin enerji bazarını təchiz etmək imkanını qazandıq. Bununla yanaşı, biz Avropa İttifaqı ölkələrini alternativ enerji ilə təmin edirik", - deyə K. Kaladze qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00