Aktyor Hollivuda gedir
Kıvanç Tatlıtuğun arzusu
1 İyun 2016 19:10 DünyaSevilən aktyor və model Kıvanç Tatlıtuğ Hollivud istehsalı olan filmlərdə çəkilmək arzusundadır. Hətta o, bu məqsədlə Amerikaya gedərək dil və aktyorluq təhsili də alıb. Tez-tez Amerika Birləşmiş Ştatlarına yollanan, burda özünə yeni ev də alan Kıvanç Tatlıtuğ, məşhur film prodüsserləriylə görüşür, onlarla yeni proyektlər haqqında söhbətlər edir. Aktyora bu işdə ən yaxın köməkliyi isə "Aşkı memnu" serialında birgə çalışdığı ssenarist və rejissor Ece Yörenç edir. Həyatında ciddi dəyişiklər edəcəyini deyən aktyor Türkiyəyə tam başqa Kıvanç olaraq qayıdacağını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00