Sem Uerberq: “ABŞ Rusiyanın İrana S-300 komplekslərini göndərməsi ilə bağlı xəbərləri təmkinlə izləyir”
1 İyun 2016 12:49 Dünya"ABŞ İrana S-300 zenit-raket komplekslərinin göndərilməsi ilə bağlı hələlik Rusiyaya qarşı sanksiya barədə qərar qəbul etməyib". TASS agentliyinin verdiyi xəbərə görə, bunu Dövlət Departamentinin İran şöbəsinin mətbuatla əlaqələr nümayəndəsi Sem Uerberq deyib. Onun sözlərinə görə, ABŞ hökuməti Rusiya tərəfindən İrana S-300 zenit-raket komplekslərinin göndərilməsi ilə bağlı xəbərləri təmkinlə izləməkdə davam edir.
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyi aprelin 11-də S-300 zenit-raket komplekslərinin ilk partiyasının çatması barədə məlumat yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00