Dünyanı idarə edən qurum Almaniyada toplaşır

Məşhur "Bilderberq klubu" iyunun 9-12-də Almaniyada toplaşacaq. Azvision.az bildirir ki, klub üzvlərinin Drezden şəhərində bir araya gələcəkləri güman olunur. Verilən məlumata görə, təxminən 100-150 iştirakçının qatılacağı müzakirələrdə dünyanın idarə edilməsi, yeni dünya düzəni müzakirə predmeti olacaq. İştirakçılar arasında hökumət rəhbərləri, Qərbi Avropanın yüksək maliyyə qurumları, ABŞ və Kanadanın sənaye təmsilçiləri, hərbi və xüsusi xidmət orqanlarının rəsmiləri, eləcə də böyük media maqnatlarının olacağı bildirilir. Eskpertlərin fikrincə, "Bilderberq klubu" ən nüfuzlu şəxslərin iştirakına görə "Böyük Yeddiləri" (G7) kölgədə qoyur. Klubun sonuncu toplantısında Avropa Birliyinin durumu, Ukrayna münaqişəsi müzakirə edilmişdi.

Qeyd etmək lazımdır ki, "Bilderberq klubu"nun keçmiş prezidenti və AB-nin keçmiş komissarı Etinne Davignon özü etiraf edib ki, avro pul vahidinin gizli yaradıcısı məhz "Bilderberq klubu"dur. Xatırladaq ki, bu zamana kimi, bir çox dövlət rəhbərləri "Bilderberq klubu"nun müzakirələrinə qatılıblar. Məsələn, 2009-cu ildə Avropa İttifaqı Şurasının prezidenti Herman van Rompey, 2008-ci ildə ABŞ prezidenti Barak Obama, 2005-ci ildə Almaniya kanslerləri Angela Merkel və Gerhard Şröder, 2003-cü ildə Avropa Mərkəzi Bankının rəhbəri Jan Klaud Trixnet, 2003-cü ildə Avropa Komissiyasının prezidenti Jose Manuel Barosso, 1993-cü ildə Britaniya baş naziri Toni Bler, 1991-ci ildə ABŞ prezidenti Bil Klinton, 1982-ci ildə Almaniya kansleri Helmut Kol, 1977-ci ildə Britaniya baş naziri Marqaret Tedçer, 1973-cü ildə Almaniya kansleri Helmut Şmit və başqa görkəmli siyasətçilər qeyd olunan klubunun müzakirələrində iştirak ediblər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00