Boşanan qadınlar 100 gün sonra yenidən nigaha girəcək

Yaponiya Parlamentinin Yuxarı Palatasında 1898-ci ildə qüvvəyə minən qanuna dəyişiklik olunması ilə bağlı qərar qəbul edilib. RİA Novosti-nin verdiyi xəbərə görə, qanunla qadınların boşandıqdan sonra altı ay ərzində yenidən nigaha girməsi qadağan olunurdu. Məqsəd yarana biləcək atalıq hüququ problemlərinin qarşısını almaq idi. Artıq yeni dəyişikliyə əsasən, qadınlar hamilə olmaması ilə bağlı həkimdən arayış gətirdiyi halda, 100 gündən sonra yenidən nigah bağlaya bilər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00