Adanada quduz təhlükəsi
1 İyun 2016 11:53 DünyaAdananın Seyhan rayonunda ötən gün bir qadını küçədə yaşayan pişik dişləyib. Aparılan yoxlama nəticəsində pişiyin quduz olduğu müəyyən edilib. Xəsarət alan qadın dərhal xəsətəxanaya yerləşdirilərək müşahidə altına alınıb. Seyhan rayonunda karantin elan edilib. Adana Vilayət Səhiyyə İdarəsi və Baytarlıq İdarəsi tərəfindən olay ilə əlaqədar müvafiq profilaktik tədbirlərin başladıldığı da gələn xəbərlər sırasındadır. Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00