Seul metrosunda partlayış: 4 ölü, 10 yaralı

Cənubi Koreyanın paytaxtı Seul yaxınlığında yerləşən metroda tikinti işləri aparılan zaman partlayış olub. "Sabah" xəbər verir ki, 15 metr dərinlikdə baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 10 nəfər yaralanıb. Yaralılardan 3-nün vəziyyəti ağırdır.

Partlayışın səbəbi dəqiq bilinmir. İlkin ehtimala görə, qaynaq prosesi zamanı qaz balonu partlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00