Ərdoğan: Almaniya Türkiyə ilə münasibətlərini qurban verməməlidir

Almaniya 1915-ci il hadisələrinə görə Türkiyə ilə münasibətlərini qurban verməməlidir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Türkiyə tarixində heç vaxt erməni soyqırımı olmayıb. R.T.Ərdoğan deyib ki, bu gün həmin məsələni Almaniya Kansleri Angela Merkellə müzakirə edib. Xatırladaq ki, iyunun 2-də Almaniya parlamenti 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıyan qətnamə qəbul etmək niyyətindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00