İŞİD-in səhra komandirlərindən biri Əfqanıstanda hava zərbələri zamanı məhv edilib
31 May 2016 17:42 DünyaYaraqlıların Vardak əyalətinin ərazisində aşkar edilən mövqelərinə hava hücumları nəticəsində qruplaşmanın təxminən 10 üzvü öldürülüb. İŞİD-in səhra komandirlərindən biri Əfqanıstan paytaxtı Kabilin yaxınlığında hava zərbələri zamanı məhv edilib. "Report" TASS-a istinadən xəbər verir ki, yaraqlıların Vardak əyalətinin ərazisində aşkar edilən mövqelərinə hava hücumları nəticəsində ümumilikdə qruplaşmanın təxminən 10 üzvü, o cümlədən İŞİD-in bu regionda fəaliyyət göstərən qanadlarından birinin rəhbəri öldürülüb. Terror qruplaşmasının üzvlərinin mövqelərinə zərbələr Əfqanıstan paytaxtı Kabildən cəmi 35 km-lik məsafədə həyata keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00