Erməni deputatdan ETİRAF: “Orduda çatışmazlıqlar var”
31 May 2016 16:33 DünyaErmənistan parlamentinin deputatı, iqtidardakı Respublika Partiyasının fraksiya rəhbəri Vaqram Baqdasaryan ordudakı korrupsiya faktları və yüksək rütbəli generalların həbsini şərh edib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, deputat orduda çatışmazlıqların olduğunu etiraf edib. "Düşünürəm ki, orduda çatışmazlıqlar var və bu çatışmazlıqlara görə bəzi şəxslər məsuliyyət daşımalıdır". Baqdasaryan korrupsiya faktlarının təkcə orduda deyil, ölkə həyatının bütün sferalarında aradan qaldırılmalı olduğunu deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00