Medvedyev: "Qazprom" iyunda Azərbaycan tərəfi ilə qaz nəqli ilə bağlı danışıqlar aparacaq"

"Qazprom" iyunda Azərbaycan tərəfi ilə qaz nəqli ilə bağlı danışıqlar aparacaq.  TASS agentliyi xəbər verir ki, bunu "Qazprom"un İdarə Heyəti sədrinin müavini Aleksandr Medvedyev deyib. "Azərbaycan tərəfi maraq göstərir. Yaxına vaxtlarda, hətta ola bilsin ki, Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində bununla bağlı danışıqlar aparacağıq və Azərbaycan tərəfinin tələbatını öyrənəcəyik. Bildiyimiz odur ki, Azərbaycan tərəfinə Rusiya qazı lazımdır", - deyə A. Medvedyev qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00