Bir universitetin 75 əməkdaşı saxlanıldı
31 May 2016 14:37 DünyaTürkiyənin Akdəniz Universitetində keçirilən antikorrupsiya əməliyyatı nəticəsində ali təhsil müəssisəsinin 75 əməkdaşı həbs edilib. Report bildirir ki, tutulanlardan 20-si qadındır. Universitetdə 2013-cü ildə rüşvətxorluğa görə cinayət işi başlanıb. Həbs edilənlər cəmiyyətə 3 milyon türk lirəsi (1,5 milyon manat) maddi ziyan vurmaqda şübhəli bilinirlər. Akdəniz Universitetinin rektorluğu həbsləri təsdiqləyən açıqlama yayıb: "Mayın 31-də Antalya Təhlükəsizlik İdarəsi bəzi əməkdaşlarımızın yaşadıqları evlərdə axtarış aparıb. Onları ifadələrini almaq üçün Təhlükəsizlik İdarəsinə aparıblar. Rektorluğumuz məsələni yaxından izləyir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00