Rusiya iqtisadiyyatında geriləmə davam edir
31 May 2016 14:27 DünyaXarici ticarət profisiti ilk 4 ayda 2 dəfə azalıb. Rusiya iqtisadiyyatındakı azalma 2016-cı ilin yanvar-aprel aylarında illik müqayisədə 1,1% təşkil edib. "Report" Rusiya İqtisadi İnkişaf Nazirliyinin (İİN) hesabatına istinadən xəbər verir ki, aprel ayında iqtisadi geriləmə keçən ilin analoji dövrü ilə müqayisədə 0,7% olub. Mövsümi amillər istisna olmaqla Rusiya iqtisadiyyatı apreldə keçən ilin analoji dövrü ilə müqayisədə 0,1% azalıb. Nazirliyin hesabatına əsasən, Rusiyanın xarici ticarət profisiti yanvar-aprel aylarında keçən ilin analoji dövrü ilə müqayisədə 47,7% azalaraq 31,4 mlrd. dollar təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00