Lavrov: "Donbas hakimiyyəti beynəlxalq qüvvələrin regiona yerləşdirilməsinə heç vaxt razı olmayacaq"

"Donbas hakimiyyəti beynəlxalq qüvvələrin regiona yerləşdirilməsi təklifinə heç vaxt razı olmayacaq". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərin görə, Ukrayna hakimiyyəti tərəfindən Donbasa beynəlxalq qüvvələrin yerləşdirilməsi təklifi Minsk razılaşmasında əksini tapmayıb: "Donbas heç vaxt buna razı olmayacaq. Minsk razılaşmasına uyğun olaraq, nizamlanma ilə bağlı addımların hamısını istisnasız olaraq tərəflərlə razılaşdırmaq lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00