Yavuzdan keçmiş xanımının sərt ittihamlarına cavab
31 May 2016 19:26 DünyaTürkiyəli müğənni Yavuz Bingöl həyat yoldaşı Öykü Gürmanın ayrıldıqdan sonra onunla bağlı verdiyi sərt açıqlamaya münasibət bildirib. Xarici KİV xəbər verir ki, ifaçının keçmiş xanımı onunla bağlı bunları dmişdi: "Ailə qurduqdan sonra bəzi şeylərin dəyişəcəyinə inanırsan. Öyrəndim ki, nə olursa-olsun heç kimi dəyişə bilmərsən. İki insan bir-birinin gözləntilərinə cavab verə bilməyəndə, münasibət bitir. Mən Yavuz bəyin verdiyi sözlərə əməl edəcəyinə inanıb, ailə qurdum. Amma heç biri olmadı". Y.Bingöl Öykünün fikirlərinə hörmətlə yanaşdığını bildirib: "Öykü mənim canımdır. Hər zamanda başımın üstündə yeri var. O, nə deyirsə, doğrudur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00