Məkkədə ötənilki faciənin baş verdiyi ərazidə 1000-dən çox kamera quraşdırılıb

Səudiyyə Ərəbistanının təhlükəsizlik orqanları Həcc ziyarəti zamanı izdihamın yaşanmaması məqsədilə müşahidə kameralarının saytını xeyli artırıblar. Virtualaz.org "Saudi Gazzette"yə istinadən xəbər verir ki, Mina vadisində Məkkənin və onun müqəddəs yerlərinin inkişafı komissiyası 1000 (min) ədəddən çox kamera quraşdırıb.

Xatırladaq ki, 2015-ci ilin sentyabr ayının 24-də Mina vadisində yaşanmış izdihamda 2200-ə yaxın adam həlak olmuşdu. Bu, son 25 ildə Həcc ziyarəti zamanı baş vermiş ən kütləvi ölüm hadisəsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00