Tacikistanda “son zəng” qadağan olundu
25 May 2016 14:56 DünyaTacikistanın Təhsil və elm nazirliyinin göstərişinə əsasən, bu il məktəblərdə "son zəng"in keçirilməsi qadağan edilib. Nazirliyin saytında yerləşdirilmiş məlumata istinadən xəbər verir ki, "son zəng"in keçirilməsinə qoyulmuş qadağanın səbəbi açıqlanmır.
Qeyd edək ki, bu ölkədə "son zəng" artıq bir neçə il idi ki, "yetkinlik zəngi" adlanırdı. Tacikistanda tədris ili iyunun 7-də başa çatır. Həmin gün dərslər adi qaydada keçiriləcək və heç bir tədbirin keçirilməsi nəzərdə tutulmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00