Amerikalı general məxfi toplantıya qatıldı, hücum başladı

ABŞ-ın Mərkəzi Qüvvələr Komandanı (CENTCOM) general Josef Votelin Kobanidə PYD, Ankarada isə Baş qərargah rəisi ilə təmaslar qurmasından dərhal sonra İŞİD-in paytaxt elan etdiyi Rakkaya qarşı əməliyyat başlayıb. Publika.az  bildirir ki, Rakkaya əməliyyat dünən saat 14:00-da başlayıb. Beynəlxalq koalisiyaya aid döyüş təyyarələri Rakka çevrəsindəki İŞİD mövqelərini bombalayıb. PYD-nin silahlı qanadı olan YPG, Demokratik Suriya Gücləri (DSG), Ehrar Rakka və Liva Tahrir tuqayları da İŞİD hədəflərinə qarşı qurudan hərəkətə keçiblər. Kobaninin 50 kilometr cənubundakı Ayn İsa qəsəbəsindən hərəkətə keçən müxalif birliklər Rakkanın şimalını tutub. Bu əməliyyatın amerikalı generalın Ankarada keçirdiyi qapalı görüşlərdən sonra başlaması xüsusi diqqət çəkir. Belə görünür ki, İŞİD-i məhv etmək üçün bölgədəki bütün yerli və regional güclər birləşib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00