"Google"da ciddi nöqsanlar aşkar edildi - Şirkət vergidən yayınıb
25 May 2016 14:01 DünyaMəşhur axtarış portalı olan "Google"da ciddi nöqsanlar aşkar edilib. Atv.az bildirir ki, şirkətin Fransadakı ofisinin vergidən yayındığı məlum olub. Şahidlərin sözlərinə görə, əməliyyat yerli vaxtla səhər 5-də həyata keçirilib. Araşdırmaların gizlilik səviyyəsini artırmaq məqsədilə Maliyyə Nazirliyinin əməkdaşları belə Google-un yerləşdiyi ofisə buraxılmayıblar. Maliyyə mütəxəssisləri, polis və müstəntiqlərin iştirakı ilə aparılan istintaqın detalları barədə hələ ki məlumat verilmir.
İlkin məlumatlara görə, axtarışlara səbəb şikayət ərizəsi olub. Qeyd edək ki, yerli media hələ fevral ayında şirkətin 1,6 milyard avro vergi borcu olduğunu açıqlamışdı. Elə o vaxtdan Google Fransa Maliyyə Nazirliyinə hesabat vermək məcburiyyətində qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00