NATO-dakı rus cəsus ifşa oldu
25 May 2016 13:40 DünyaÖtən şənbə günü Romada Rusiyaya NATO sirlərini ötürən cəsus saxlanıb. NATO üzvü olan Portuqaliyanın kəşfiyyat xidməti SIS zabiti olan Federiko Jil Karvalyo Romada bir rus vətəndaşına məxfi sənədləri ötürdüyü zaman İtaliya və Portuqaliya xüsusi xidmət orqanları tərəfindən həbs ediliblər. Saxlanan rus vətəndaşın da diplomatik toxunulmazlığa sahib olmadığına görə həbs edildiyi bildirilir. Federiko Karvalyonun Portuqaliyanın kəşfiyyat xidməti olan SIS-dəki şöbələrdən birisinin rəisi olduğu bildirilir. Karvalyonun bəzi hərəkətlərindən şübhələnən əkskəşfiyyat xidmətinin onu bir neçə ay izlədiyi bildirilir. Cəsusun hər məxfi sənəd üçün 10 min avro pul aldığı gələn xəbərlər sırasındadır. Həbs edilən zabitin Lissabondakı mənzilində axtarış zamanı bir miqdar pul və sənədlərin aşkarlandığı bildirilir. Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.