Türk təyyarəsində təhlükə
25 May 2016 13:37 DünyaÖtən gün saat 17-00-da İstanbul Atatürk Havalimanından qalxan Antaliya təyyarəsində yüksəldikdən bir müddət sonra pilotlar texniki nasazlıq müəyyən ediblər. Olay dərhal havalimanına bildirilib və saat 17-15-də təyyarə Atatürk havalimanına geri dönərək problemsiz şəkildə yerə enib. Sərnişinləri başqa bir təyyarə ilə Antaliyaya göndəriblər. Geri dönən təyyarə isə texniki yoxlamalar üçün anqara çəkilib. Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00