Pakistanda yol qəzası nəticəsində 10 nəfər ölüb, 31 nəfər yaralanıb

Sürət həddinin aşılması nəticəsində baş verən qəzada ölənlərdən üçü uşaqdır

Pakistanın Sind əyalətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 10 nəfər ölüb, 31 nəfər isə yaralanıb. Bu haqda TASS məlumat yayıb. Məlumata görə, Karaçidən Şahdadkota doğru yüksək sürətlə hərəkət edən avtobus aşıb. Yaralı sərnişinlər xəstəxanaya yerləşdirilib. Onlardan 4-nün vəziyyətinin çox ağır olduğu bildirilib. Ölənlərdən üçü uşaqdır. Polisin məlumatına görə, qəza sürət həddinin aşılması nəticəsində baş verib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00