Kimyəvi zavodda partlayış - Ölən və yaralananlar var
24 May 2016 14:43 DünyaHindistanda kimyəvi zavodda partlayış baş verib. AzNews.az ANI agentliyinə istinadən xəbər verir ki, Аndhra Pradesh ştatındakı zavodda baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb. Yaralılardan 2-sinin vəziyyəti ağırdır. Məlumata görə, zavodun amonyakla dolu konteyneri partlayıb. Konteyner ətrafında həmin vaxt təxminən 20 nəfər işçi olub. Partlayış nəticəsində həmçinin divar uçub.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00