Putin: Rusiya terrorla mübarizədə sıx beynəlxalq əməkdaşlığa hazırdır
24 May 2016 14:19 DünyaRusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Moskva terrorla mübarizə yolunda ən sıx beynəlxalq qarşılıqlı əməkdaşlığa hazırdır. "Olaylar" TASS-a istinadən xəbər verir ki, bu barədə V.Putinin Groznıy şəhərində keçirilən Təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək nümayəndələrinin 7-ci beynəlxalq görüş üçün açıqlamasında deyilir. Rusiya dövlət başçısı bəyan edib ki, Kreml terrorizmlə mübarizədə bütün istiqamətlər üzrə - həm ikitərəfli, həm çoxtərəfli formatlarda, əməkdaşlığa hazırdır. V.Putin deyib ki, görüşdə 75 ölkənin və BMT-nin nümayəndə heyətinin iştirakı sübüt edir ki, beynəlxalq içtimaiyyət partnyorluğun möhkəmlənməsi və global təhdidlərə müqavimət yolunda mübarızədə ciddi yanaşma nümayiş etdirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00