Türkiyədə yeni hökumətin tərkibi açıqlanıb - SİYAHI

Türkiyənin yeni, 65-ci hökumətinin tərkibi açıqlanıb. Yeni baş nazir Binali Yıldırım bu gün prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənən siyahını elan edib. Yeni Nazirlər Kabinetinin tərkibi aşağıdakı kimidir:

Baş nazirin müavinləri - Nurəddin Canikli, Mehmet Şimşək, Numan Kurtulmuş, Toğrul Türkeş, Veysi Kaynak.

Xarici işlər naziri - Mövlud Çavuşoğlu

Avropa Birliyi naziri - Ömər Çelik

Ədliyyə naziri - Bəkir Bozdağ

Nihat Zeybəkçi - iqtisadiyyat naziri

Fikri İşıq - müdafiə naziri

Berat Albayrak - enerji və təbii ehtiyatlar naziri

Əfqan Ala - daxili işlər naziri

İsmət Yılmaz - təhsil naziri

Fatma Betül Kaya - ailə və sosial siyasət naziri

Faruk Özlü - elm, sənaye və texnologiya naziri

Süleyman Soylu - əmək və sosial müdafiə naziri

Mehmet Özhaseki - ekologiya və şəhərsalma naziri

Akik Çağatay Kılıç - gənclik və idman naziri

Faruk Çelik - qida, kənd təsərrüfatı və heyvandarlıq naziri

Bülənt Tüfəkçi - gömrük və ticarət naziri

Lütfü Əlvan - inkişaf naziri

Nabi Avcı - mədəniyyət və turizm naziri

Naci Ağbal - maliyyə naziri

Veysəl Əroğlu - meşəçilik və su işləri naziri

Rəcəb Akdağ - səhiyyə naziri

Əhməd Aslan - kommunikasiya, dənizçilik və rabitə naziri.

Yeni hökumət bu gün parlamentin təsdiqindən keçdikdən sonra rəsmən fəaliyyətə başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00