Ötən il 3156 nəfər suriyalı erməniyə Ermənistan vətəndaşlığı verilib
24 May 2016 12:25 Dünya2015-ci ildə Ermənistan vətəndaşlığını qəbul edən şəxslərlə bağlı statistika açıqlanıb. Ermənistan prezident administrasiyasının rəhbəri Viqen Sarkisyan 2015-ci ildə 10 min 468 nəfərin erməni vətəndaşlığını qəbul etdiyini deyib. Onlardan 3 min 156 nəfərin suriyalı erməni olduğu da bildirilib. 2015-ci ildə 2 min 476 nəfər isə Ermənistan vətəndaşlığından imtina edib.
Xatırladaq ki, Ermənistan vətəndaşlığı alan suriyalı ermənilərin əksər hissəsi Dağlıq Qarabağa köçürülür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00