Şimali Koreya bunu da etdi - Siqareti tərgidirlər

Şimali Koreya lideri Kim Çen In siqaret çəkməyi tərkidib. Bu barədə azvision.az-a istinadən xəbər verir. Məlumatda bildirilir ki, 33 yaşlı İn siqaret alüdəçisi olub. Bunu onun, əlində, siqaretlə çəkilən çoxsaylı fotolar göstərir. Bu ilin mart ayında koreyalı diktator zərərli vərdişə yox deyərək, ölkədə siqaret çəkməyə qarşı milli kampaniya başlamaq qərarına gəlib. O, ilk addımı özü ataraq, siqaret çəkməyi tərgidib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Şimali Koreyada kişilərin yarısından çoxu siqaret çəkir. Bu da Asiya qitəsində ən pis göstəricidir. İndi isə Şimali Koreya rəhbərliyi bu problemlə ciddi şəkildə məşğul olmaq niyyətindədir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00