Rusiya və ABŞ Suriyada birdə əməliyyatlarla bağlı danışıqlara başlayıb

Rusiya və ABŞ Suriyada hərbi əməliyyatların razılaşdırılması ilə bağlı danışıqlara başlayıblar. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. O bildirib ki, mayın 19-da İordaniyada Moskva və Vaşinqton arasında Suriyada birgə əməliyyatların formatının hazırlanmasına dair məsləhətləşmələr başlayıb: "Biz Suriyaya Beynəlxalq Dəstək Qrupunun həmsədri kimi ABŞ-a "Cəbhat ən-Nüsra" qruplaşmasına, atəşkəs rejimini dəstəkləməyən qanunsuz silahlı birləşmələrə, o cümlədən silah və döyüş sürsatı karvanlarına, Suriya-Türkiyə sərhədini qanunsuz keçən silahlı bölmələrə zərbə endirilməsi üçün ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın aviasiyasının və Rusiya Hava Kosmik Qüvvələrinin mayın 25-dən birgə fəaliyyətə başlamasını təklif edirik". Nazir qeyd edib ki, bu çərçivədə yaşayış məntəqələrinə və digər mülki obyektlərə hava zərbəsinin endirilməsi istisna edilməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00