“Kiçik yaşlarımda qanı və ölümü sevirdim”
20 May 2016 18:01 Dünya23 yaşlı model və aktrisa Cara Delevingne yeni foto-layihəsini təqdim edib. Qafqazinfo bildirir ki, model "W" jurnalının iyun-iyul sayının siması seçilib.
Cara jurnala müsahibəsində kişi qəhrəmanlara bənzəmək istədiyini söyləyib:
"Hər zaman başqa biri olmaq istəmişəm. Özümü bir müddət "Spice Girls"dakı qızlar kimi hiss etdim, amma əsla "Posh Spice" (Victoria Beckham) olmaq istəmədim. O, qara və qısa paltarlar geyinərdi. Daha sonra kişi qəhrəmanlara özümü bənzədirdim. Buna "Hörümçək adam" və.s misal çəkə bilərəm. Kiçik yaşlarımda qanı və ölümü sevirdim. Xatırlayıram ki, atamın üzqırxanı ilə üzümü təmizləməyə başladım, barmağımı kəsdim. İzi hələdə qalıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00