Sürücüsüz taksilər gəlir
20 May 2016 17:52 DünyaYaponiyanın hökuməti 2020-ci ildə sürücüsüz taksidən istifadə etməyə başlayacaq. Bu haqda NHK telekanalı bildirib. Avtomatik rejimdə idarə olunan və sürücünün olmasını tələb etməyən taksilərdən artıq 2020-ci ildə Tokio şəhərində keçiriləcək Yay Olimpiya və Paralimpiya oyunları zamanı istifadə edilə bilər. Hökumət qanunvericiliyə uyğun olan dəyişiklikləri daxil etmək və bu cür taksinin ən sürətli sınaqlarını gücləndirmək niyyətindədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00