ABŞ-ın bombardmançı təyyarəsi qəzaya uğrayıb
Qəzada heç kimin burnu belə qanamayıb
20 May 2016 16:10 DünyaABŞ-a bağlı olan Guam adasında B-52 bombardımançı təyyarə qəzaya uğrayıb. Təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 7 heyət üzvü yara almadan xilas ola bilib. ABŞ Hava Qüvvələri tərəfindən verilən açıqlamaya görə, qəzada heç kimin burnu belə qanamayıb.
Qeyd edək ki, Guam adası, Sakit okeanının şimal-şərqində və Hawai adasının 5 kilometr qərbində yer alan, ABŞ-a bağlı muxtar statusa məxsus bir adadır. Xatırladaq ki, B-52 bombardıman təyyarələri 48,5 metr uzunluğa və 56,4 metr qanad açıqlığına sahib uzunmənzili bombardıman təyyarələri olaraq tanınır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00