PKK kəndə hücüm etdi: 1 ölü, 8 yaralı
20 May 2016 15:56 DünyaTürkiyədə PKK- kəndə hücum edib. Türkiyə mediasının məlumatına görə, Mardinin Artuklu kəndinə hücum çəkərək bir müddət kəndin icra nümayəndəsi olan Kazım Kıvrakı öldürüb. Hadisədən sonra kəndə təcili yardım və hərbi qüvvələr gəlib. PKK-çılar kənddən çıxarkən yola mina basdırıblar. Bu zaman əsgərlərin olduğu avtobus partlayıb. Nəticədə 8 əsgər ağır yaralanıb. Onlar Mərkəzi xəstəxanaya köçürülüb. Həmin PKK-çıların saxlanması ilə bağlı araşdırma başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00